Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Çinin gəmiqayırma bazarındakı payı 2023-cü ildəki 63%-dən 2024-cü ildə 74%-ə yüksəlib

2000-ci illərin əvvəllərində dünya üzrə sifarişlə tikilən yeni gəmilərin 10%-i Çinin payına düşürdü. Lakin 10 il ərzində bu ölkə gəmi tikintisi üzrə sifarişlərin həcminə görə Yaponiya və Cənubi Koreyanı qabaqlamağı bacardı.

“Seanews.az” xəbər verir ki, son il yarım ərzində Çin mövqeyini gücləndirir, istehsal gücünü artırmaq planlarını, o cümlədən bağlı tərsanələrini yenidən açmaqla elan edir.

Cari ilin 10 ayınında Çin tərsanələrinin toplu yükdaşıyanlar, tankerlər, qaz daşıyıcıları və konteyner gəmiləri üçün sifariş kitabçasında 17% artım qeydə alınıb. Beləliklə, Çinin gəmiqayırma bazarındakı payı 2023-cü ildəki 63%-dən 2024-cü ildə 74%-ə yüksəlib.

Bu ilin sonunda Çin konteyner gəmiləri üçün qlobal sifariş kitabının 90%-ni, balkerlər üçün 81%-ni, tankerlər üçün 72%-ni və qaz daşıyıcıları üçün 44%-ni təmin edib.

“Danish Ship Finance”-yə görə, Çin hazırda dünyanın gəmiqayırma gücünün 42%-nə nəzarət edir (sifarişlər 140 tərsanə arasında bölüşdürülüb) və dünya üzrə sifariş kitabçası tutumunun 57%-ni təmin edir. Eyni zamanda, siyahıda ikinci yerdə olan Cənubi Koreya Çindən xeyli geridədir.

“Xclusiv Shipbrokers”-in hesabatında isə deyilir ki, "Çinin gəmiqayırmada üstünlüyü davam edəcək. Məsələn, 2026-cı ildə istismara verilən balkerlərin 70%-i Çində tikiləcək və Çin tərsanələrinin tanker seqmentindəki payı 67%-ə yüksələcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır