Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

“COSCO” terminallarının ümumi konteyner dövriyyəsində artım qeydə alınıb

2024-cü ilin yanvar-oktyabr aylarında “COSCO” terminallarının ümumi konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artaraq 92,77 milyon TEU-ya çatıb.

“Seanews.az”-ın məlumatına görə, “COSCO”-nun ölkə daxilindəki terminallarında ən böyük artım Beibu körfəzindəki terminalda (+14%, 7,42 milyon TEU-ya qədər) və Yantszı çayı deltasındakı terminallar qrupunda (+14,1%, 13,72 milyon TEU-a qədər) qeydə alınıb.

Çindən kənarda yerləşən terminallarda 28,4 milyon TEU (+4,5%) aşırılıb. Bununla belə, onlardan bəziləri, o cümlədən İspaniya, Əbu-Dabi (BƏƏ), Zeebryugge, Antverpen (Belçika) və Busan (Cənubi Koreya) terminalları konteynerlərin işlənməsində əhəmiyyətli artım (terminaldan asılı olaraq 42,4%-ə qədər) göstərib. Səhmləri 2023-cü ildə “COSCO” tərəfindən alınmış Hamburq limanındakı “Tollerort” terminalı təxminən 2,4 dəfə artıma nail olub.

Xarici terminallar arasında Yunanıstandakı Pirey konteyner terminalı daha çox  geriləyib: (-9%). Çində ən böyük azalma Honkonqdakı terminallarda ( -13,1%) qeydə alınıb.

“COSCO Shipping” Çin dövlət gəmiçilik, logistika və sənaye korporasiyasıdır. 1417 gəmini idarə edən “COSCO Shipping”-in quru yük donanması 436, tanker donanması 229, ümumi və ixtisaslaşdırılmış yüklər üçün donanması 180 gəmini birləşdirir.

Konteyner donanmasının tutumu 3,05 milyon TEU olan korporasiya dünya üzrə 57 terminala, o cümlədən 50 konteyner terminalına (onların illik ötürmə qabiliyyəti 133 milyon TEU-dur) sərmayə qoyub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır