Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ABŞ Dəniz Administrasiyası 31 liman infrastrukturuna 580 milyon dollar sərmayə qoyur

ABŞ Dəniz Administrasiyası liman infrastrukturuna 580 milyon dollar sərmayə qoymağı planlaşdırır.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, maliyyə dəniz, çay və böyük göl limanlarının imkanlarının və səmərəliliyinin artırılması üçün 31 layihənin həyata keçirilməsinə yönəldiləcək.

Ən böyük məbləğ – 53,5 milyon dollar - yanalma körpülərinin yenidən qurulması layihəsi üçün San Juan limanına (Puerto Riko) ayrılacaq.

Emissiyaları azaltmaq üçün Everqleydes (Florida) layihəsi 53,3 milyon dollara maliyyələşdiriləcək.

Alyaskadakı Don Yanq limanı 50 milyon dollar əldə edəcək. Vəsait universal yük terminalının tikintisinə sərf olunacaq.

Oklend limanında terminalın modernləşdirilməsinə 49,5 milyon dollar xərclənəcək.

Qrant maliyyələşdirilməsi ABŞ Dəniz Administrasiyasının Liman İnfrastrukturunun İnkişafı Proqramının bir hissəsidir. Bu proqrama ümumilikdə 2,25 milyard dollar ayrılıb ki, bunun da 653 milyon dolları 2023-cü ilin payızında ABŞ-ın 41 limanının inkişafı layihəsinin maliyyələşdirilməsinə sərf edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır