Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Hindistan Mahaçqala limanı vasitəsilə Rusiyaya konteyner daşımalarına başlamağı planlaşdırır

Hindistan yaxın vaxtlarda İran limanları və Mahaçqala limanı vasitəsilə Rusiya ərazisindən konteyner daşımalarına başlamaq niyyətindədir.

“Seanews.az” “RİA Dagıstan”-a istinadən xəbər verir ki, bu barədə limanın direktoru Camal Əliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, 2025-ci ildə Belarusdan bəzi növ yüklər (əsasən mineral gübrələr) də Mahaçqala dəniz ticarət limanı vasitəsilə Hindistana çatdırılacaq.

Camal Əliyev həmçinin bildirib ki, hazırda Türkmənistandan olan həmkarları ilə Türkmənbaşı ilə Mahaçqala limanı arasında daşımaların intensivləşdirilməsi ilə bağlı danışıqlar aparılır: Rusiya istehsalı olan yüklər Türkmənistandan Əfqanıstana və Pakistana, Qırğızıstana, Özbəkistana və geriyə tranzit keçə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır