Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Yeni limanın Dubay, Sinqapur və Şri-Lanka ilə rəqabət apara biləcəyi ehtimal olunur

Hindistan limanlar qrupu “Adani Group” Hindistanın cənubundakı Kerala əyalətində təxirə salınmış dərin dəniz limanı layihəsinə daha 1,2 milyard dollar sərmayə qoyacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ştat hökumətinin konsessiya müqaviləsinin imzalanmasından sonra verdiyi bəyanata istinadən məlumat yayıb.

Limanın tikilməsi təklif olunan Vijinjam ərazisi beynəlxalq gəmiçilik marşrutlarına yaxınlığına görə strateji əhəmiyyət kəsb edir. Yerləşmə yerinə görə, gələcəkdə limanın Dubay, Sinqapur və Şri-Lanka ilə rəqabət apara biləcəyi gözlənilir.

Obyektin sınaq istismarı 2024-cü ilin iyulunda başlayıb. Birinci mərhələ çərçivəsində limanın konteyner dövriyyəsi 1 milyon TEU, ikinci və üçüncü mərhələlər başa çatdıqdan sonra 2028-ci ildə 3 milyon TEU-ya yüksələcək.

Qeyd edilir ki, “Adani Group” hələ 2018-ci ildə fəaliyyətə başlamağı planlaşdırırdı, lakin yerli sakinlər ekoloji əsaslarla limanın tikintisinə qarşı çıxdıqları üçün torpaqların alınmasında problemlərlə üzləşdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır