Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Filippin gəmisi Cənubi Çin dənizində ÇXR sahil mühafizə katerini taran edib

Filippin gəmisi Cənubi Çin dənizində Manila ilə Pekin arasında ərazi mübahisəsinə səbəb olan Huanyan adası (Skarboro rifi) yaxınlığında ÇXR-in sahil mühafizə katerini taran edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dəniz Polisi Departamenti məlumat yayıb.

Məlumata görə, Filippin gəmisi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq qəsdən sahil mühafizə katerinə çırpılıb. Hadisəni təxribat adlandıran Pekin Manilanı Cənubi Çin dənizində iki ölkənin gəmiləri arasındakı qarşıdurma ilə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaqda ittiham edib.

Pekin və Manila arasındakı münasibətlər 2022-ci ildə Filippində Ferdinand Markosun hakimiyyətə gəlməsindən sonra nəzərəçarpacaq dərəcədə pisləşib. Son illər Filippinlə ABŞ arasında hərbi əməkdaşlığın güclənməsi də ÇXR-in narahatlığını artırıb.

Qeyd edək ki, əhəmiyyətli karbohidrogen ehtiyatlarının aşkar edildiyi Cənubi Çin dənizindəki bəzi adalar uzun illərdən bəri Çin, Bruney, Vyetnam, Malayziya və Filippin arasında mübahisələrə və vaxtaşırı insidentlərə səbəb olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır