Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Almaniya və Norveç sualtı qayıqlara texniki xidmət mərkəzi yaradırlar

Almaniya və Norveç Norveçin Bergen şəhərində birgə sualtı qayıqlara texniki xidmət mərkəzi yaradırlar.

Ordu.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və norveçli həmkarı Byorn Arild Qram tərəfindən Bergendə təməli qoyulan yeni texniki xidmət və təmir mərkəzi ilə iki ölkənin dəniz qüvvələri arasında əməkdaşlıq artırılacaq.

Pistorius burada etdiyi çıxışında Almaniya Hərbi Dəniz Qüvvələri üçün daha 4 yeni sualtı qayığın alınmasının vacib olduğunu düşündüyünü və Bundestaq Büdcə Komissiyasının layihəni təsdiqləyəcəyinə ümid etdiyini bildirib.

“Bizə sualtı qayıqlar lazımdır, çünki dənizdəki vəziyyət bunu tamamilə zəruri edir. Rusiya donanması Şimal dənizində, Şimali Atlantika və Baltik dənizində son dərəcə fəaldır”, - deyə Pistorius vurğulayıb.

Qeyd edək ki, Almaniya və Norveç 2021-ci ildə ümumilikdə 6 sualtı qayığın tədarükü üçün “Thyssen Krupp Marine Systems” ilə birgə müqavilə imzalayıb. Layihə “U212 CD” adı altında həyata keçirilir və hər iki ölkənin sualtı qayıqları üçün ümumi layihə yaratmaq məqsədi daşıyır.

Yeni sualtı qayıqların uzunluğu təxminən 72 metr, heyəti 30 nəfər olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır