Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Qazaxıstan dəniz limanlarını modernləşdirir

Qazaxıstan Xəzər dənizindəki dəniz limanlarını modernləşdirir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Dəniz Nəqliyyatı Komitəsinin sədri Janibek Taijanov modernləşdirmə obyektlərinə baxış keçirib.

“Seanews.az” xəbər verir ki, Aktauda gələcək konteyner qovşağının tikinti meydançasında 20-dən çox xüsusi texnika işləyir. Layihənin investoru Çinin “Port Lianyungang Group” şirkətidir. 2025-ci ildə işlər başa çatdırıldıqdan sonra limanın məhsuldarlığı ildə 240 min TEU-ya (konteyner ekvivalenti) qədər artacaq. Yük əməliyyatı da modernləşdirilib: 4 yükləyici və 63 tonluq kran alınıb. Gələn il Aktau limanının akvatoriyasında dərinləşdirmə işlərinə başlanılacağı gözlənilir.

Kurık limanında gücü ildə 1 milyon ton olan yeni taxıl terminalı işə salınıb. Bu il İrana 2800 ton arpa göndərilib. 2024-cü ilin may ayında Ersay terminalı istifadəyə verilib, oradan Özbəkistana 153 iri yük göndərilib. “Sputnik Qazaxıstan”ın məlumatına görə, həmçinin Kurık limanında dəniz gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün gəmilərin hərəkətinə nəzarət sistemi (VTS) tətbiq edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır