Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Hindistanın “Adani Grup”-u Avropa terminallarında pay almağı planlaşdırır

Hindistanın limanlar qrupu “Adani” beynəlxalq bazarda iştirakını genişləndirmək çərçivəsində liman sənayesində aktivlərin alınmasına 2 milyard dollaradək investisiya qoymağı planlaşdırır

“Seanews.az” bu barədə “India Shipping News” nəşri istinadən xəbər verir.

“Adani Grup”-a daxil olan liman və logistika şirkəti “Adani Ports & Special Economic Zone” (“APSEZ”) Avropada dəniz ticarətinində payı 40% təşkil edən terminalları nəzərdən keçirir.

Şirkətin nümayəndəsi nəşrə bildirib ki, "onlar Avropada iki və ya üç terminal axtarırlar və onların alınması üçün əməliyyatlar yaxın gələcəkdə aparılmalıdır".

“APSEZ”-in idarəetməsində Şri-Lanka, İsrail, Avstraliya, Tanzaniya və Yunanıstan limanlarının terminalları var. Hindistanın 15 limanında “APSEZ” terminallarının ümumi yük dövriyyəsi 633 milyon tona çatır. Bu, Hindistanın bazar payının 27%-i deməkdir. Şirkət 2030-cu ilə qədər bu payı 40%-ə çatdırmağı və ölkənin qərb sahillərində yükaşırma imkanlarını genişləndirməyi planlaşdırır.

Liman infrastrukturunun inkişafı, istismarı və saxlanması ilə məşğul olan “Adani Group” Mundra və Dahej (Hindistan) və Abbot Point (Avstraliya) limanlarında terminallara sahibdir və onları idarə edir. Qrup hazırda Hazira, Mormugao, Visakhapatnam və Kandla (Hindistan) və Dudgeon Point (Avstraliya) terminallarını tikir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır