Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

“Adani Ports” ABŞ-ın 553 milyon dollar kreditindən imtina edib

Hindistanın liman və logistika şirkəti” Adani Ports & Special Economic Zone” (“APSEZ”, “Adani Group”-a daxildir) Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (“DFC”, ABŞ) tərəfindən verilən 553 milyon dollarlıq kreditdən imtina edib.

“Seanews.az” xəbər verir ki, kredit “APSEZ”-ə təxminən 1 milyard dollar dəyərində Kolombo (Şri-Lanka) limanında dərin dəniz konteyner terminalının tikintisi layihəsini həyata keçirmək üçün lazım idi.

“ET Infra” nəşrinin məlumatına görə, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası terminalın tikintisi üçün krediti 2023-cü ilin noyabrında ayırmışdı, lakin il ərzində həmin vəsait alınmayıb.

Qeyd edək ki, “APSEZ” “Colombo West International Terminal Pvt.”-də 51% paya sahibdir. Kolombo konteyner terminalının 2025-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır