Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

Kerç boğazında fırtına səbəbindən tankerlər zədələnib, neft sızması baş verib

Kerç boğazında fırtına səbəbindən iki neft tankeri zədələnib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, yük gəmilərindən biri saya oturub. Gəminin batması nəticəsində neft sızması baş verib.

Məlumata görə, yüklə dolu olan "Volqoneft-212" və “Volqoneft-239” tankerləri sıradan çıxıb. Hadisə sahildən 8 kilometr aralıda baş verib.

“Rosmorrechflot” xəbər verir ki, hadisə nəticəsində neft sızması baş verib.

Xilasedicilər sahilə çıxan tankerdən 13 dənizçinin hamısını təxliyə ediblər, onlardan 1-i ölüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır