Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Çinin 10 il boş dayanan özəl gəmiqayırma zavodu 2025-ci ildə fəaliyyətini bərpa edəcək

Çinin ən böyük özəl gəmiqayırma müəssisəsi “Rongsheng Heavy Industry” on illik fəaliyyətsizlikdən sonra 2025-ci ildə fəaliyyətini bərpa edəcək.

“Seanews.az” Çinin sahə nəşri “Xinde Marine News”-a istinadən xəbər verir ki,  müəssisənin yeni “Jiangsu New Rongsheng Heavy Industry” adı ilə açılış mərasimi yanvar ayına planlaşdırılıb.

Artıq gəmiqayırma zavodu bir neçə müqavilə bağlayıb. Xüsusilə, tutumu 11,5 min TEU olan mayeləşdirilmiş təbii qazla (LNG) işləyən səkkiz iki yanacaqlı konteyner gəmisinin tikintisini sifariş edən İsveçrənin “MSC” xətti gəmiçilik şirkəti ilə razılaşmalar əldə edilib. Bundan əlavə, yunan gəmi sahibi “Capital Maritime” dedveyti 210 min ton olan iki “Newcastlemax” toplu daşıyıcısı üçün sifariş verib. İlkin hesablamalara görə, bu sifarişlərin dəyəri 1,4 milyard dolları keçə bilər və şirkət gəmiqayırma bazarında mövcud vəziyyətlə əlaqədar ilk müştərilərə müəyyən endirimlər etməyə hazırdır.

Qeyd edək ki, “Rongsheng Heavy Industry” gəmiqayırma müəssisəsi 2010-cu illərin əvvəllərində ciddi borc böhranı ilə üzləşib və bu, onun bazardan çıxmasına səbəb olub. Fəaliyyətini dayandırmazdan əvvəl, 2008-ci ildən 2017-ci ilə qədər “Vale” üçün 16 “Valemax” quru yük gəmisi də daxil olmaqla 94 gəmini istismara verib. Yeni gəmilərə tələbatın artması 2024-cü ilin mayında “Rongsheng”-in canlanması üçün əlverişli mühit yaradıb. Şirkət gəmiqayırma, gəmi təmiri, gəmilərin layihələndirilməsi və liman əməliyyatları ilə məşğul olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır