Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

Yeni terminal Xəlifə limanının illik konteyner dövriyyəsini 10 milyon TEU-ya çatdıracaq

Xəlifə (BƏƏ) limanında yeni “CMA Terminals Khalifa Port” konteyner terminalının rəsmi istifadəyə verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə böyük logistika və liman operatorlarından biri olan “AD Ports Group”-un mətbuat xidməti məlumat yayıb. Terminal “CMA Terminals” (70%) və “Abu Dhabi Ports”-un (30%) birgə müəssisəsi tərəfindən idarə olunacaq.

Xəlifə limanı “AD Ports Group”-un əsas infrastruktur aktividir. O, 2012-ci ilin dekabrında açılıb və 12 il ərzində dünyanın ən sürətlə inkişaf edən ticarət limanlarından birinə çevrilib.

Konteyner terminalının istifadəyə verilməsinin Xəlifə limanının illik konteyner dövriyyəsini 23% artıracağı - təxminən 10 milyon TEU-ya çatdıracağı gözlənilir. Layihə 845 milyon dollara başa gəlib.

Yeni terminalda yanalma körpüsündə dayanmış gəmiləri təchiz etmək üçün sahil elektrik stansiyası olacaq və günəş panellərindən istifadə zonaları yaradılıb. Terminal elektrik mühərrikli pnevmatik təkərlərdə 8 körpü kranı və 20 portal kranla təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır