Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

Yantszı çayında böyük Ro-Ro terminalı istifadəyə verilib

Çinin Yantszı çayında yeni avtomobillərin aşırılması üçün böyük Ro-Ro terminalı fəaliyyətə başlayıb.

Bu barədə “Seanews.az” “Seatrade Maritime News”-ə istinadən xəbər verir.

Operator “Shanghai Port International Group” (“SIPG”), “Jiangsu Port Logistics Group” və Çin avtomobil istehsalçısı “SAIC Motor”-un birgə müəssisəsi “Haitong Taicang”-dir.

Layihə gücü ildə 1,3 milyon avtomobil təşkil edən “Taicang” terminalının sahəsi 960 min kvadratmetr, körpülərinin uzunluğu 708 metrdir.

Terminal eyni vaxtda hər birinin dedveyti 70 min ton olan iki Ro-Ro gəmisi, həmçinin bir dəniz avtomobili daşıyıcısı (PCTC) qəbul edə biləcək.

Terminalın ərazisində 32 min avtomobil üçün yer, elektriklə işləyən avtomobillərin saxlanması, yoxlanılması, texniki xidmət göstərilməsi və doldurulması üçün beş servis mərkəzi var.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Taysan limanı vasitəsilə 437,3 min avtomobil ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 19,8% artıqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır