Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Hindistanda HDQ-yə məxsus qayıq ilə bərə toqquşub, 13 nəfər ölüb

Ərəbistan dənizində, Hindistanın Mumbay şəhəri sahillərində bərə və sürətli qayığın toqquşması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Maharaştra ştatının baş naziri Devendra Fadnavis bildirib.

“Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ölənlərin sayı 13-dür”, - o deyib.

Bildirilir ki, toqquşma nəticəsində 10 mülki şəxs və 3 HDQ hərbçisi ölüb.

Bərənin və qayığın göyərtəsində neçə nəfərin olduğu açıqlanmır. Amma 100-dən çox insanın xilas edildiyi məlumdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır