Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

“MSC”-nin sifariş portfeli 2 milyon TEU-nu keçib

24 min tonluq gəmilərin tikintisi üçün yeni müqavilə ilə “MSC”-nin sifariş kitabçası 2 milyon TEU həddi keçib.

Bu barədə “Seanews.az” “Alphaliner”-in məlumatlarına istinadən xəbər verir.

“MSC” üçün tutumu 24 min TEU olan on konteyner gəmisi Çinin “Hengli Heavy Industry” (keçmiş “STX Dalian”) gəmiqayırma zavodu tərəfindən tikiləcək. Müqavilənin dəyəri 2,35 milyard dollar qiymətləndirilir.

“Megamax” seriyasının 2028-ci ildən etibarən istifadəyə veriləcəyi gözlənilir.

Beləliklə, bu sifarişlə “MSC”-nin sifariş kitabçası 2,13 milyon TEU-ya çatacaq ki, bu da altıncı ən böyük konteyner xətti olan “ONE”-nin mövcud donanmasının bütün daşıma qabiliyyətini keçəcək.

“MSC” təkrar bazarda da fəaldır. 2020-ci ilin avqust ayından etibarən daşıyıcı 400 işlənmiş konteyner gəmisi alıb.

Hazırda “MSC”-nin qlobal konteyner daşımaları bazarındakı payı 20%-dən çoxdur. Xəttin daşıma gücü isə 6 milyon TEU-nu ötüb.

Yada salaq ki, bu ilin sentyabrında “MSC” şirkəti LNG ilə işləyən 21 min TEU tutumlu on konteyner gəmisinin tikintisinə sifariş verib. Gəmilər “MSC”-nin strateji əməkdaşlıq müqaviləsi bağladığı Çinin “Hengli Heavy Industry” tərsanəsində inşa ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır