Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Busan limanının yanalma körpülərinin uzunluğu 25,5 km-ə çatdırılacaq

Cənubi Koreya Busan limanının modernləşdirilməsi planlarının bir hissəsi olaraq Çhanvon şəhərində yeni limanın tikintisinə 9,78 milyard ABŞ dolları sərmayə qoyacaq.

“Seanews.az” Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyinə istinadən xəbər verir ki, yeni obyekt Busan limanı ilə inteqrasiya olunacaq və 2045-ci ildə bütün işlər başa çatdırıldıqdan sonra yanalma körpülərinin ümumi uzunluğu indiki 18,8 km-dən 25,5 km-ə çatdırılacaq. Bu həm də o deməkdir ki, yükaşırma müəssisəsinə eyni vaxtda indiki 40 gəmi əvəzinə 66 gəmi yan alacaq.

Qeyd edək ki, hazırda Busan limanı Cənubi Koreyanın ən iri və dünyanın isə ikinci böyük yükaşırma mərkəzidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır