İstanbul sahillərində mina aşkar edilib
Türkiyədə İstanbul şəhərinin Qara dəniz sahilində mina tapılıb.
Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.
Ağva şəhəri yaxınlığında dənizdə şübhəli əşya aşkarlanıb. Daha sonra ekspertlər bunun dəniz minası olduğunu təsdiqləyiblər. Minanın bu gün zərərsizləşdirilməsi planlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır