Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

 “FSG-Nobiskrug” gəmiqayırma holdinqi sifarişin yoxluğu səbəbindən müflisləşə bilər

Almaniyada Flensburq və Neumünster rayon məhkəmələri “FSG-Nobiskrug Holding” gəmiqayırma holdinqi və onun üzv şirkətləri - iki gəmiqayırma zavodu və konstruktor bürosu ilə bağlı müflis olma proseduru açıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Almaniyanın “DPA İnternational” xəbər agentliyi məlumat yayıb.

Müflisləşmə işinə sığorta şirkətinin tələbi ilə baxılır. İşçilərinin maaşları gecikmə ilə üzləşib.

İndi holdinq və onun müəssisələri Almaniya məhkəməsi tərəfindən müvəqqəti olaraq müflis elan edilib və müflisləşmə üzrə dinləmə 2025-ci ilin fevralına təyin olunub.

Yeni sifarişlərin yoxluğu səbəbindən tərsanələr maliyyə problemləri ilə üzləşib. Hazırda işçilərin maaşlarının ödənilməsi üçün vəsait axtarılır. Flensburqdakı “Flensburger Schiffbau-Gesellschaft” (“FSG”) tərsanəsində təxminən 340 nəfər və Rendsburqdakı “Nobiskrug” gəmiqayırma zavodunda 140 nəfər işləyir.

Almaniyanın “Flensburger Schiffbau-Gesellschaft” (“FSG”) tərsanəsinin əsası  1872-ci ildə qoyulub. 2014-cü ilə qədər şirkət müxtəlif layihəli 760-dan çox gəmi inşa edib. Lakin 2020-ci ildə pandemiyanın başlaması ilə müəssisədə problemlər yaranıb: gəmiqayırma zavodunda işlər müvəqqəti dayandırılıb və sifarişçilərin təşəbbüsü ilə bəzi müqavilələrə xitam verilib.

“Nobiskrug” gəmiqayırma zavodu Kil kanalında, Rendsburqda yerləşir. Superyaxtaların tikintisi, konvertasiyası və təmiri üzrə ixtisaslaşıb. 2021-ci ilin avqustundan “Flensburger Schiffbau-Gesellschaft” tərəfindən idarə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır