Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

“DP World” Seneqalda 1,2 milyard dollar dəyərində yeni limanın tikintisinə başlayıb

Beynəlxalq liman və logistika operatoru “DP World” Seneqalın Ndayane şəhərində 1,2 milyard dollarlıq yeni limanın tikintisi üçün dərinləşdirmə işlərinə başlayıb.

“Seanews.az” xəbər verir ki, dekabrın əvvəlində “Willem Van Rubroeck” torpaqqazanı beş kilometrlik gəmi kanalını dərinləşdirmək üçün liman akvatoriyasına gəlib.

Layihənin birinci mərhələsinə 840 metr uzunluğunda yanalma körpüsü və 5 km uzunluğunda yaxınlaşma kanalının tikintisi daxildir. Bu mərhələdə limanın gücü 1 1,2 milyon TEU səviyyəsində planlaşdırılır. İkinci mərhələ daha 410 metr uzunluğunda yanalma körpüsünün tikintisini nəzərdə tutur. Layihənin həyata keçirilməsi Ndayan limanını Qərbi Afrikada aparıcı logistika mərkəzinə çevirəcək.

Layihəni maliyyələşdirmək üçün “DP World” şirkəti “British International Investment” (“BII”) investisiya agentliyi ilə əməkdaşlıq edir.

Qeyd edək ki, “DP World” (Dubay, BƏƏ) dəniz terminallarının beynəlxalq operatoru, logistika və digər xidmətlərin təminatçısıdır. Altı qitədə 45-dən çox limanda 150-dən çox dəniz terminalı şəbəkəsini idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır