Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Şanxay limanı 2030-cu ilədək aşağı karbonlu yanacaqla bunkerləmə həcmini ildə 1 milyon tondan çox artırmağı planlaşdırır

Şanxay səlahiyyətliləri dünyanın ən işlək limanını ekoloji cəhətdən təmiz yükaşırma mərkəzinə çevirməyi hədəfləyir.

“Seanews.az” xəbər verir ki, sıfır karbon iqtisadiyyatına nail olmaq üçün ciddi beynəlxalq ekoloji standartların tətbiqinə hazırlıq çərçivəsində Çin ən böyük limanında - Şanxayda gəmilərin aşağı karbonlu yanacaqlarla bunkerləmə həcmini 2030-cu ilə qədər ildə 1 milyon tondan çox artırmağı hədəfləyir.

Çin Asiyanın ən böyük bunkerinq mərkəzi olan Sinqapur limanı ilə rəqabət aparır. Avropa İttifaqı artıq gəmiçilik üçün karbon emissiyası hədəflərini müəyyən edir. Bu sənaye qlobal istixana qazı emissiyalarının 3%-ni təşkil edir.

Qeyd olunur ki, metanol və ammonyak kimi yanacağa keçid çox güman ki, uzun çəkəcək. Ekspertlərin fikrincə, ənənəvi gəmi yanacağı növləri yalnız 2040-cı ildən etibarən böyük həcmdə dəyişdiriləcək.

Çinin “CCS” təsnifat cəmiyyəti 2050-ci ilə qədər ölkənin bazara 161 milyon ton yaşıl ammonyak tədarük edə biləcəyini proqnozlaşdırır. Hazırkı gücü 3 milyon ton həcmində qiymətləndirilir. Həmin tarixə qədər ölkə həmçinin 143 milyon ton “yaşıl” metanol (hazırda 1 milyon tondan az) tədarük etmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır