Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Bəzi gəmiçilik xətləri 2025-ci ilin əvvəlindən Panama kanalı vasitəsilə tranzit üçün əlavə ödəniş tətbiq edəcək

2024-cü ilin yayında Panama Kanalı İdarəsi (ACP) gəmilərin keçidi üçün yeni proseduru - tranzit növbəsini tənzimləmək üçün "uzunmüddətli slotların ayrılması" (“LoTSA”) adlanan yeni proseduru qəbul edib.

“Seanews.az" xəbər verir ki, 2025-ci il yanvarın 1-dən yeni tranzit bronlaşdırma sxeminin tətbiqi ilə əlaqədar tariflərə düzəlişlər, tarif strukturunda dəyişikliklər, yeni tariflər tətbiq ediləcək. Panama Kanalı İdarəsi əmin edir ki, yeni sistemi müştəri xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Lakin yeni ödəniş sisteminin tətbiqi ilə xətti daşıyıcıların əməliyyat xərcləri xeyli artacaq. Xüsusilə, “CMA CGM” qrupu öz press-relizində yükgöndərənlərə bildirmişdir ki, 2025-ci il yanvarın 1-dən Panama kanalı vasitəsilə tranzit zamanı hər TEU üçün 150 ABŞ dolları məbləğində xüsusi əlavə tarif tətbiq edəcək. Bu əlavə ödəniş Cənubi Amerikanın qərbindən şərq sahillərinə gedən yüklərə şamil ediləcək. Eyni əlavə haqq “CMA CGM” tərəfindən Cənubi Amerikanın Qərb Sahilindən Qayana və Şimali Braziliyaya göndərilən bütün yüklərə görə tutulacaq. Yanvarın 5-dən isə bu əlavə ödəniş Cənubi Amerikanın qərb sahillərindən ABŞ və Kanadaya daşınan bütün yüklərə şamil ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır