Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Ambarlı limanında "Amnah" konteyner gəmisi qeyri-bərabər yüklənmə səbəbindən yan tərəfə əyilib

Komor adalarının bayrağı altında üzən “Amnah” konteyner gəmisi Türkiyənin Ambarlı limanında yan tərəfə əyilib. Gəmidən 15 nəfər təxliyə edilib. Konteyner gəmisinin ətrafına maneələr quraşdırılaraq dənizin çirklənməsi təhlükəsi nəzarət altına alınıb.

“Seanews.az” xəbər verir ki, insident yerli vaxtla saat 04:00 radələrində baş verib: yükdaşıyıcı qeyri-bərabər yükləndiyi üçün yanı üstə əyilib. 15 heyət üzvündən 5-i dənizə atılaraq xilas olub, qalanları xilasedicilər tərəfindən təxliyyə edilib. Hazırda dənizə düşən konteynerlər çıxarılır və yanı üstə çevrilən gəmi qaldırılır.

Qeyd edək ki, “Amnah” konteyner gəmisi 1996-cı ildə inşa edilib. Gəminin uzunluğu 101,08 metr, eni 18,45 metr, dedveyti 5215 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır