“Hanwha Group” Amerikanın gəmiqayırma zavodunu 100 milyon dollara satın alıb
“Hanwha Group” Filadelfiyada (ABŞ) “Philly Shipyard” gəmiqayırma zavodunun alınmasını başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, müəssisə alıcıya 100 milyon dollara başa gəlib.
Bildirilir ki, gəmiqayırma zavodunun alınması ilə bağlı bütün zəruri prosedurlar heç bir etiraz yaratmayıb və ABŞ-da Xarici İnvestisiya Komitəsi (CFIUS) daxil olmaqla, bütün agentliklərdən tez təsdiq alıb. Bu, ABŞ hökumətinin yerli gəmiqayırma sənayesini dirçəltmək planları ilə izah olunur.
“Hanwha Ocean” Şimali Amerika gəmiqayırma bazarında öz mövqeyini möhkəmləndirmək üçün “Philly Shipyard”-ın istehsal imkanlarından və təcrübəsindən istifadə etməyi planlaşdırır. Şirkət Amerika gəmiqayırma zavodunun texnoloji rəqabət qabiliyyətini artırmaq üçün yeni müəssisədə avtomatlaşdırılmış istehsal sistemlərini tətbiq edəcək.