Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Kurık limanının yaxınlığında gəmiqayırma zavodu tikiləcək

2027-ci ilə qədər Qazaxıstanda gəmiqayırma zavodu tikiləcək.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

Nazir qeyd edib ki, Manqistau vilayətində gəmiqayırma zavodunun tikintisinin dəyəri 130 milyard tenge (24,8 milyon dollar) təşkil edəcək.

“Hazırda Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri işləyir. İndi bizə azı yeddi gəmi lazımdır. Onların istehsalı üçün Türkiyənin “YDA” və “ASFAT” şirkətləri Kurık limanının yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır ”, - deyə nazir bildirib.

Layihə 2025-2026-cı illərdə həyata keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır