Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

“Yang Ming” yaşı 20 ildən çox olan konteyner gəmilərini mərhələli şəkildə yeniləri ilə əvəz edəcək

Tayvanın “Yang Ming” gəmiçilik şirkəti donanmasını tutumu 8 mindən 15 min TEU-ya qədər olan 13 konteyner gəmisi ilə genişləndirəcək.  

“Seanews.az” xəbər verir ki, bu qərarı 20 dekabr 2024-cü ildə donanmanın optimallaşdırması planını təsdiqləyən “Yang Ming Marine Transport Corporation”-un direktorlar şurası qəbul edib.

“Portnews.ru” şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, “Yang Ming” rəqabət qabiliyyətini artırmaq, nəqliyyat və logistika şəbəkəsini genişləndirmək üçün donanmasına yeni gəmilər əlavə etməlidir. Şirkət yaşı 20 ildən çox, tutumu 5,5 mindən 6,5 min TEU-ya qədər olan köhnəlmiş konteyner gəmilərini tədricən ekoloji cəhətdən təmiz gəmilərlə əvəz etməyi planlaşdırır.

Dünyanın aparıcı konteyner daşıma şirkətlərindən biri olan “Yang Ming”-un gəmiləri arasında superbalkerlər, supertankerlər və filiz daşıyıcıları var, lakin donanmasının böyük hissəsini 3 min, 5,5 min və 8 min TEU tutumlu gəmilər təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır