Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Qətər üçün tikiləcək katerlərin təməli qoyulub

Türkiyənin “DEARSAN Gemi İnşaat Sanayi A.Ş.” şirkətinin Qətər Hərbi Dəniz Qüvvələri (HDQ) üçün istehsal etdiyi 50 metrlik idarəolunan mərmili hücum katerinin təməlqoyma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, “DEARSAN Gemi İnşaat Sanayi A.Ş.” 2023-cü il iyunun 21-də Dohada Qətər Silahlı Qüvvələri ilə 2 ədəd 50 metrlik idarəolunan mərmili hücum katerinin inşası üçün müqavilə imzalayıb.

Müqavilə çərçivəsində işlərə 2024-cü il fevralın 12-də başlanılıb. Qətər HDQ Komandanlığının hücum kateri layihəsinin qiymətləndirmə prosesi Layihə Nəzarət Ofisi əməkdaşlarının dəyərli töhfələri ilə ötən ay uğurla tamamlanıb.

Bildirilir ki, “DEARSAN” tərəfindən layihələndirilən yüksək texnologiyalı hücum katerləri Qətər Hərbi Dəniz Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır