Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

Yunanıstan “Marine Protector” sinfinə aid patrul gəmisi alacaq

Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) Fransa istehsalı “Exocet” gəmi əleyhinə raketlərinin ən son variantını və ABŞ istehsalı olan “Marine Protector” sinfinə aid patrul gəmisi alacaq.

Ordu.az xəbər verir ki, Yunanıstan HDQ parlamentin “Xüsusi Silah Komitəsi”ndən razılıq aldıqdan sonra “Exocet” raketlərinin ən yeni versiyasının satın alınmasına davam edir.

Yunanıstanın “Kathimerini” qəzetinin yazdığına görə, sözügedən satınalma 33 milyon avroya 16 ədəd MM-40 “Block” 3C gəmi əleyhinə raketinin alınmasını nəzərdə tutur.

Yunanıstan Türkiyəyə qarşı müdafiə xərclərini artırmağa davam edir və o da bildirilib ki, Parlament komitəsi Müşahidə Gəmisi Komandanlığının köhnəlmiş gəmiləri əvəz etmək məqsədilə ABŞ Sahil Mühafizəsindən 3 “Marine Protector” patrul gəmisinin alınması üçün 15 milyon avro dəyərində proqramı təsdiqləyib.

Yunanıstanın ağır torpedo proqramı çərçivəsində “Type 214” sualtı qayıqları üçün ilk partiyanın bu yaxınlarda Afina yaxınlığındakı Salamis adasına gəldiyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır