Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

Konteyner terminalının istismarı və idarə edilməsi üçün 25 illik müqavilə imzalanıb

Filippinin “Mindanao International Container Terminal Services” (“MICTSI”) şirkəti “PHIVIDEC”-in (Filippin) sənaye administrasiyası ilə “MCT” konteyner terminalının istismarı və idarə edilməsi üçün 25 illik müqavilə imzalayıb.  

“Seanews.az”-ınməlumatına görə, terminalın operatoru “MICTSI” 2058-ci ilə qədər obyekti idarə edəcək.

Terminal Taqoloan bələdiyyəsinin sənaye zonasında yerləşir. O, əslində Filippinin cənubunda yük axınları üçün qapıdır.

“MICTSI” terminalın infrastrukturunun modernləşdirilməsinə, o cümlədən yanalma xəttinin 300 metr uzadılmasına və yeni yükləmə avadanlığının alınmasına 100 milyon dollardan çox investisiya qoymağı planlaşdırır. Bu, terminalın konteyner dövriyyəsini xeyli artıracaq. Hazırda burada 350 min TEU aşırılır.

Qeyd edək ki, “MICTSI” Filippinin ən böyük liman operatoru “International Container Terminal Services”-in (“ICTSI”) törəmə şirkətidir.  “ICTSI”) 1988-ci ildə təsis edilib və limanın idarə edilməsi və inkişafı üzrə ixtisaslaşmış müstəqil şirkətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır