Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

“Eagle S” tankerindən rabitə kabelini zədələməkdə şübhələnirlər

Finlandiya polisi və sərhədçiləri “EstLink 2” sualtı kabelinin, eləcə də Estoniya ilə Finlandiya arasındakı digər iki kabelin zədələnməsində şübhələndikləri Kuk adaları bayrağı altında üzən neft tankerini saxlayıblar.

“Seanews.az” bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Agentlik bildirir ki, Finlandiya hüquq-mühafizə orqanları dünən axşam saatlarında “Eagle S” adlı gəmiyə miniblər. Polisin sözlərinə görə, keçən çərşənbə günü Baltik dənizində sualtı kabellərin zədələnməsində tankerdən şübhələnmək üçün əsaslar var.

Polisinin ehtimallarından birinə görə, “EstLink 2” kabeli saxlanılan neft tankerinin lövbəri ilə sıradan çıxarılıb. Finlandiyanın “Fingrid” elektrik şirkətinin şəbəkə əməliyyatları üzrə meneceri Arto Pahkin deyib ki, kabelin təmiri yeddi ay çəkə bilər. Onun sözlərinə görə, əlaqə kəsiləndə kabelin yaxınlığında iki gəmi olub.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da öz növbəsində bildirib ki, finlandiyalı həmkarı Elina Valtonen ilə insidentlə bağlı müzakirə aparıb və Tallinn və Helsinki kabellərin zədələnməsinin səbəblərini araşdırmaq üçün yaxından əməkdaşlıq edirlər.

Dekabrın 25-də Finlandiya və Estoniya arasında Finlandiya körfəzinin dibi ilə çəkilmiş “EstLink 2” enerji kabelini qəzalı vəziyyətinə görə enerjidən ayırıblar, hadisənin səbəbləri aydınlaşdırılır. “Postimees” qəzeti ölkələr arasında üç kabelə ziyan vurulduğunu bildirib. Noyabrın 17-18-də Baltik dənizində iki kabel zədələnib. Biri Almaniyanı Finlandiya ilə, digəri İsveçi Litva ilə birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır