Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-31,
Seanews
Heyder Eliyev

“PSA Singapore” bu il terminallarında 40 milyon TEU-dan çox yükaşırma əməliyyatı həyata keçirib

Sinqapur liman operatoru “PSA Singapore” (“PSA”) 2024-cü ilin sonuna qədər terminallarında 40 milyon TEU-dan çox yükaşırma əməliyyatı həyata keçirib.

“Seanews.az” “PSA”-nın mətbuat xidmətinə istinadən bildirir ki, bu nəticə 2023-cü ildə əldə edilmiş 38,8 milyon TEU-dan 3%-dən çoxdur.

Şirkət qeyd edir ki, “PSA” terminalları mühüm yük axınlarını idarə edir və bununla da Sinqapur iqtisadiyyatını qlobal bazarla əlaqələndirir.

Sinqapurda yerləşən “PSA International” (“PSA”) əsas beynəlxalq liman operatorudur. “PSA Group”-un liman aktivləri və yük aşırılması xidmətlərinə Sinqapur və Belçikadakı iki liman obyekti də daxil olmaqla, 42 ölkədə 60-dan çox dərin su, dəmir yolu və logistika terminalı daxildir. “PSA”-nın təchizat zəncirinin idarə edilməsi, logistika, dənizçilik və rəqəmsal xidmətlər sahələrində törəmə şirkətləri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır