Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-02,
Seanews
Heyder Eliyev

Kambocada Funan-Teço kanalının tikintisi 2028-ci ilədək başa çatdırılacaq

Kambocada Funan-Teço kanalının tikintisi 2028-ci ilədək başa çatdırılacaq.

“Seanews.az”-ın məlumatına görə, kanalın tikintisinə 2024-cü il avqustun 5-də başlanılıb.

Kambocanın daşınmaz əmlak araşdırma agentliyi “IPS”-in hesabatına əsasən, 180 kilometrlik su yolu Mekonq çayını ölkə sahilləri ilə birləşdirəcək və Kandal, Takeo, Kampot və Kep əyalətlərini əhatə edəcək.

Obyektin layihə dəyəri 1,7 milyard dollardır. Tikinti iki mərhələdə aparılacaq. Birinci mərhələ kanalın 21 km-lik hissəni əhatə edir və yalnız Kambocanın vəsaiti hesabına maliyyələşdiriləcək.

İkinci mərhələ uzunluğu 130 km-dən çox olan hissənin tikintisini nəzərdə tutur. O, Çinin Yol və Körpü Korporasiyasının (“CRBC”) investisiyası ilə konsessiya əsasında həyata keçiriləcək. Kamboca şirkətləri və dövlət müəssisələri payın nəzarət paketinə sahib olacaqlar.

Funan-Teço kanalı Mekonq subregionunun əsas ticarət və logistika arteriyasına çevriləcək. Kanal Pnom Penh və Tayland körfəzi arasında birbaşa əlaqəni təmin edərək, Kambocanın gəmiçilikdə qonşu ölkələrdən asılılığını azaldacaq. 2050-ci ilə qədər hər il gəmiçilikdən 88 milyon dollara qədər gəlir əldə edəcəyi gözlənilir. Kanal həm də Kambocanın su ehtiyatlarından səmərəli istifadə olunmasını və torpaqların su təchizatını yaxşılaşdıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır