Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-08,
Seanews
Heyder Eliyev

Bu il 61 nəfər La-Manş boğazından Britaniyaya qanunsuz yolla keçib

2025-ci ildə 61 nəfər La-Manş boğazından kiçik qayıqlarla Böyük Britaniyaya qanunsuz daxil olub.

AZƏRTAC xəbər verir ki, ilin ilk günlərində qeyri-sabit hava şəraiti qanunsuz keçidlərə fasilə versə də, artıq rəsmilər 61 şəxsin qanunsuz yolla ölkəyə daxil olduğunu təsdiqləyiblər.

Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hökumət kiçik qayıqlarla təhlükəli keçidlərin qarşısını almaq üçün bütün mümkün tədbirləri görür. Bu keçidlər təkcə insan həyatını təhlükəyə atmaqla kifayətlənmir, həm də sərhəd təhlükəsizliyini pozur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə 36 816 nəfər kiçik qayıqlarla La-Manş boğazını keçməyə müvəffəq olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır