Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

ABŞ Federal Dəniz Komissiyası konteyner xətləri alyansını yaratmaq üçün ərizəyə baxma vaxtını uzadıb

ABŞ Federal Dəniz Komissiyası (“FMC”) “ONE”, “HMM” və “Yang Ming” gəmiçilik şirkətlərinin daxil olduğu yeni “Premier Alliance”-nin təsdiqini gecikdirir.

“Seanews.az” bu barədə “Maritime Executive" istinadən xəbər verir.

ABŞ Federal Dəniz Komissiyası bildirib ki, razılaşmanın nəzərdən keçirilməsi üçün onun daha çox vaxta və təfərrüatlara ehtiyacı var.

Komissiya artıq ikinci dəfədir ki, konteyner xətlərinin koalisiyasını yaratmaq üçün ərizəyə baxma vaxtını uzadır. “Maersk” və “Hapag-Lloyd” gəmiçilik şirkətlərinin “Gemini Cooperation” alyansı ilə bağlı da eyni qərar verilib.

“Premier Alliance”-nin yaradılması üçün ərizə keçən il oktyabrın 28-də təqdim edilmişdi. Müqavilə avtomatik olaraq 45 gün sonra, dekabrın 12-də qüvvəyə minəcəkdi. Lakin qərar qəbul etmək üçün ABŞ-ın Federal Dəniz Komissiyasına əlavə məlumat lazım olub.

“Premier Alliance”-in üzvləri tələb olunan məlumatları təqdim etdikdən sonra “FMC” 45 gün ərzində ərizəyə baxacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır