Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

Çinin ticarət gəmiləri üçün sifariş kitabçası 2020-ci ildən bəri 2,7 dəfə artıb

Çinin gəmi istehsalçıları sifarişlərin həcminə görə Yaponiya və Cənubi Koreyanı qabaqlayırlar.

“Seanews.az” “Intermodal” və “Clarksons Research”-in məlumatlarına istinadən xəbər verir ki, Çin qlobal gəmiqayırma sifarişlərinin 65%-nə nəzarət edir. Çinin ticarət gəmiləri üçün sifariş kitabçası 2020-ci ildən bəri 2,7 dəfə artıb.

Eyni dövrdə Yaponiya və Cənubi Koreyanın gəmiqayırma bazarında birgə payı 78%-dən 31%-ə düşüb.

2024-cü ilin noyabrına qədər Çin ümumi tutumu 224 milyon dvt olan 3256 gəmi sifariş edib. Bu, 2023-cü illə müqayisədə 37% və 2022-ci illə müqayisədə isə 72% artım deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır