Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-13,
Seanews
Heyder Eliyev

Rusiya beş il ərzində gəmi istehsalını 10 dəfədən çox artıracaq

Rusiya tərsanələri 2030-cu ilədək 638 gəmi inşa etməklə gəmi istehsalını 2024-cü ilə nisbətən 10 dəfədən çox artırmaq niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu, Baş nazir Mixail Mişustin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının milli inkişaf məqsədlərinə nail olmaq üçün vahid planda öz əksini tapıb.

Bildirilir ki, keçən il 60 yeni gəmi istismara verilib.

Sənədə əsasən, 2025-ci ildə 105 gəmi, 2026-ci ildə 235 gəmi, 2027-ci ildə 378, 2028-ci ildə 493 gəmi, 2029-cu ildə 563 gəmi və 2030-cu ildə 638 gəmi inşa ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır