Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-14,
Seanews
Heyder Eliyev

Aral dənizinin şimalında suyun həcmi 42 faiz artıb

Aral dənizinin şimal hissəsinin qorunub saxlanması layihəsinin birinci fazası çərçivəsində aparılan işlərin nəticəsində suyun həcmi 42 faiz artıb və 27 milyard kubmetrə çatıb.

AZƏRTAC Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dənizdə suyun duzluluq səviyyəsi təxminən 4 faiz azalıb, balıqçılılığın illik həcmi isə 8 min tona qədər artıb.

2024-cü ildə Aral dənizinə 2,6 milyard kubmetr su buraxılıb, suvarma dövründə isə bu rəqəm rekord həcmə - 1 milyard kubmetrə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır