Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Tayvanın üç böyük gəmiçilik şirkəti gəlirini 60% artırıb

Tayvanın üç ən böyük gəmiçilik şirkəti: “Evergreen Shipping”, “Yang Ming Shipping” və “Wanhai Shipping” 2024-cü ildə gəlirlərini təxminən 60% artırıb.

“Seanews.az” xəbər verir ki, bu artım, əsasən, Çin Yeni ili öncəsi pik mövsümdə konteyner yüklərinin daşınması və dəniz yükdaşımaları tariflərinin davamlı artımı hesabına əldə edilib.

“Evergreen Shipping”-in 2024-cü ilin dekabr ayında gəliri 2023-cü ilin dekabrından 61,4% çox olub və  təxminən 1,16 milyard ABŞ dolları təşkil edib. Bütün ötən il ərzində şirkət 14 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 67,5% çoxdur.

“Yang Ming Shipping”-in 2024-cü il üçün gəliri 58,4% artaraq 6,76 milyard dollara, o cümlədən dekabrda 62% artaraq 520 milyon dollara çatıb.

“Wanhai Shipping” keçən il 61,5% artımla 4,91 milyard dollar gəlir qazanıb. Dekabrda şirkət təxminən 440 milyon dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 72,2% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır