Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

“AD Ports” Kurık limanında taxıl terminalının tikintisinə 30 milyon dollar sərmayə qoyacaq

BƏƏ-nin ən böyük logistika və liman operatorlarından biri olan “AD Ports Group” Qazaxıstanın Kurık limanında yerləşən “Sarja” çoxfunksiyalı dəniz terminalının sahibi “Semurg Invest” ilə təsis müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə əsasən, “Sarzha Grain Terminal” (“SGT”) birgə müəssisəsində “AD Ports Group” 51%, “Semurg Invest” isə 49% paya sahib olacaq.

“Seanews.az” xəbər verir ki, tərəfdaşlar artıq ayrılmış ərazidə taxıl terminalının tikintisinə başlayıblar. 2026-cı ilin ikinci yarısına planlaşdırılan birinci mərhələ istismara verildikdən sonra terminal ildə 570 min tona qədər yük aşıra biləcək. İkinci mərhələ başa çatdıqdan sonra isə terminalın gücü ildə 1,5 milyon tona çatacaq.

“SGT”-nin iki mərhələsinə ümumi investisiya 50 milyon dollardan bir qədər çox olacaq. “AD Ports” təxminən 30 milyon dollar sərmayə qoyacaq.

Xatırladaq ki, birgə müəssisə yaratmaq planları 2023-cü ilin avqustunda elan edilmişdi.

2006-cı ildə yaradılmış “AD Ports Group” (BƏƏ) logistika sahəsində ixtisaslaşıb, liman infrastrukturu, gəmiçilik və bunker biznesinə malikdir və azad iqtisadi zonaları idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır