Honkonqun ən böyük “Kwai Tsing” konteyner terminalında yükaşırma azalıb
2024-cü ildə Çinin Honkonq limanında konteyner dövriyyəsi əvvəlki illə müqayisədə 4,9% azalaraq 13,69 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki,limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə yükaşırma 6,2% azalaraq 10,35 milyon TEU-ya düşüb.
Limanın digər terminalları vasitəsilə yükaşırmada isə 0,9% azalma qeydə alınıb və ümumilikdə 3,34 milyon TEU işlənib.
Honkonq limanı dünyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Limanın ildə 456 min gəmidə yük əməliyyatı həyata keçirmək imkanı var. 2023-cü ildə limanın konteyner dövriyyəsi 14,3 milyon TEU olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır