Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-17,
Seanews
Heyder Eliyev

İndoneziya və Yaponiya dəniz vasitələrinin inkişaf etdirilməsi ilə bağlı danışıqlara yenidən başlamaq qərarına gəliblər

İndoneziya və Yaponiya son illərdə dayandırılmış birgə dəniz vasitələrinin inkişaf etdirilməsi ilə bağlı danışıqlara yenidən başlamaq qərarına gəliblər.

Ordu.az xəbər verir ki, İndoneziyanın müdafiə naziri Scafri Scamsoeddin paytaxt Cakartada bu ölkəyə rəsmi səfərə gələn Yaponiya müdafiə naziri Nakatani Gen ilə görüşüb.

İndoneziya Müdafiə Nazirliyinin sözçüsü Freqa Venas bildirib ki, görüş zamanı iki nazir müdafiə sahəsində əməkdaşlığı artırmaq, o cümlədən müştərək dəniz vasitələrinin yaradılması üzrə danışıqları bərpa etmək barədə qərar qəbul ediblər.

Ortaq istehsalın hansı sahələrdə həyata keçiriləcəyi və hansı avadanlıqların yer alacağı kimi detalların dəqiqləşdirilməsinin lazım olduğunu bildirən Venas hər iki nazirin müdafiə sahəsində əməkdaşlığın artmasından məmnun olduğunu vurğulayıb.

Yaponiya hökuməti “Mogami” sinfinin layihəsi əsasında freqatların birgə istehsalını təklif edir. İndoneziya prezidenti Prabovo Subianto da müdafiə naziri olarkən, bu layihə ilə maraqlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır