Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-04,
Seanews
Heyder Eliyev

İri liman operatorları Banqladeşin gəmiçilik sahəsinə investisiya qoymağı planlaşdırır

Dünyanın iki böyük liman operatoru “DP World” (BƏƏ) və “A.P. Moller-Maersk” (Danimarka) Banqladeşin gəmiçilik sahəsinə böyük investisiyalar qoymağa və Benqal körfəzi sahillərində yeni limanlar tikməyə hazırdır.

“Seanews.az”-ın məlumatına görə bu barədə “The Business Standard” nəşri xəbər verir.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “DP World Group”-un sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulayem və “A.P. Moller-Maersk”-in idarə heyətinin sədri  Robert Maersk Uqla Banqladeş hökumətinin baş müşaviri Məhəmməd Yunusla görüşüb və təkliflərini səsləndiriblər.

Məhəmməd Yunus qeyd edib ki, Banqladeş Çittaqonq limanının səmərəliyini artırmaq, onu regionun ən böyük limanına çevirmək, həmçinin Benqal körfəzi sahillərində daha çox liman tikmək istəyir. Onun sözlərinə görə, Çittaqonq Hindistanın şimal-şərqi ştatları, həmçinin Nepal, Butan və digər qonşu ölkələrə ixrac konteynerlərinin aşırılması üçün regional mərkəzə çevrilə bilər.

“DP World”, öz növbəsində, Çittaqonq limanında gəmi gecikmələrini azaltmaq üçün “New Mooring” konteyner terminalına investisiya qoymağa hazır olduğunu deyib. Bundan əlavə, şirkət korrupsiyanın azaldılmasına kömək edəcək gömrük prosedurlarının rəqəmsallaşdırılması layihəsini həyata keçirə və Banqladeşdə konteyner anbarları şəbəkəsinə sərmayə yatıra bilər.

“A.P. Moller-Maersk” şirkəti Çittaqonq limanı yaxınlığında yerləşən Laldia konteyner terminalına investisiya qoymaqda maraqlıdır.

Hər iki şirkət limanın “yaşıl”laşdırılmasına sərmayə qoymaq niyyətlərini də açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır