Kazanın Lokomotiv yarımadasında ən böyük yaxta marinasının tikintisi planlaşdırılır
Kazanın Lokomotiv yarımadasında, şəhər daxilində 700 yanalma yeri və ekstremal su idman növləri mərkəzi olan ən böyük yaxta marinasının tikintisi planlaşdırılır.
“Seanews.az” “RBC”-ə istinadən xəbər verir ki, bunu Kazanın meri İlsur Metşin Kazanda keçirilən memarlıq forumunda bildirib.
Merin sözlərinə görə, "Kazan - su üzərində şəhər" sahilyanı ərazilərin kompleks inkişaf proqramı çərçivəsində layihəni həyata keçirmək üçün 10,5 milyard rubl özəl və dövlət investisiyası cəlb etmək lazımdır.
Lokomotiv yarımadasında ayrılmış 65 hektar sahədə körpülərin, gəmi təmiri üçün gəmiqayırma zavodlarının, çay sərnişin daşımaları üçün terminalın, məlumat mərkəzinin yaradılması planlaşdırılır. Su klasteri mərhələlərlə inkişaf etdiriləcək: birinci mərhələdə 2034-cü ilə qədər 450-yə yaxın kiçik və orta ölçülü ( 4 metrdən 7 metrədək) gəmilər üçün yanalma yeri nəzərdə tutulub, onların ümumi sayı 700-ə çatdırılmalıdır.