ABŞ prezidenti Donald Tramp ölkənin gəmiqayırma sənayesini canlandırmaq planını açıqlayıb
ABŞ prezidenti Donald Tramp Konqresə müraciəti zamanı ölkənin gəmiqayırma sənayesini canlandırmaq və gəmiçilik sahəsini gücləndirmək məqsədi daşıyan hərtərəfli plan təqdim edib.
“Seanews.az” xəbər verir ki, bu barədə “MarineLink” sənaye nəşri yazır.
Qeyd olunur ki, bu strategiyanın məqsədi hazırda dünya üzrə gəmiqayırmada üstünlük təşkil edən Çinə qarşı rəqabətdə uduzmamaq, eləcə də ABŞ-ın dəniz sahəsində milli təhlükəsizliyini gücləndirmək olacaq. Gəmiqayırma sənayesinin dirçəldilməsi planına 18 tədbir daxildir.
Əsas məqamlara Çində inşa edilən gəmilərin ABŞ limanlarına giriş haqqının tətbiqi; ABŞ Milli Təhlükəsizlik Şurasının tərkibində xüsusi departamentin yaradılması; tərsanə işçilərinin əmək haqqının artırılması; xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün satınalma prosedurlarının təkmilləşdirilməsi və sair daxildir. Bu və digər tədbirlər xaricdə istehsal olunan gəmilərdən asılılığı azaldacaq və yerli gəmiqayırmanın stimullaşdıracaq.
Qeyd etmək lazımdır ki, hazırda ABŞ-ın tərsanələrində ildə bir iri ticarət gəmisi tikilir. Çin tərsanələri isə hər il yüzlərlə belə gəmini sifarişçilərə təhvil verir.