ABŞ-dən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb
2025-ci ilin yanvar-fevral aylarında ABŞ -dən Türkiyə limanlarına 2 milyon 582 min 86 ton yük daşınıb.
"Seanews.az" xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ-dən Türkiyə limanlarına 11 min 173 ton yük daşıyıb.
“Bu ilin yanvar-fevral aylarında ABŞ-dən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 570 min 70 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunub ki, bu müddət ərzində ABŞ-dən Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə 843 ton yük çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır