Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Bu il konteyner bazarında ilk müflisləşmə faktı qeydə alınıb

Sinqapurun çox da böyük olmayan “Vasi Shipping” konteyner xətti müflis olduğunu bildirib.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, 13 il əvvəl yaradılan şirkətin kreditorlara 19 milyon dollar borcu var. Daşıyıcı əvvəllər Asiyadaxili marşrutlarda fəaliyyət göstərib. Şirkət borclarını ödəmək üçün üç konteyner gəmisindən ibarət donanmasını satmaq məcburiyyətində qalıb.

"Yük tarifləri ilə daşıma xərcləri arasında fərq böyük olaraq qalır. Və bu vəziyyət artıq ilk itkilərə səbəb olub", - deyə “Linerlytica” son hesabatında bildirib.

Qeyd edək ki, aprelin 28-də Sinqapurda “Vasi Shipping” şirkəti kreditorlarının iclası planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır