Konteyner gəmiləri və avtomobildaşıyıcılar üzrə sifarişlərin 79 faizi ikiyanacaqlıdır
Xətti gəmiçilik sektoru sentyabr ayına qədər olan bir il ərzində fəaliyyətdə olan ikiyanacaqlı gəmilərin sayını demək olar ki, iki dəfə artırıb.
"Seanews.az" xəbər verir ki, istismarda olan ikiyanacaqlı konteyner gəmiləri və avtomobildaşıyıcıların sayı 2024-cü ilin sentyabrında 180 olduğu halda, 2025-ci ilin sentyabrına bu rəqəm 353-ə yüksəlib.
Bununla yanaşı, daha 682 ikiyanacaqlı konteyner gəmisi və avtomobildaşıyıcının inşası üçün sifariş verilib.
Aşağı və sıfır istixana qazı (GHG) emissiyalı yanacaqlarla işləyə bilən yeni gəmilər gəmiçiliyin dekarbonizasiyası üçün əsas amillərdən biri hesab olunur. Bu baxımdan konteyner gəmiləri və avtomobildaşıyıcılar üzrə yeni sifarişlərin 79 faizi artıq ikiyanacaqlı gəmilərin payına düşür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

