Türkiyə Qara dəniz üzərində pilotsuz uçan aparatı zərərsizləşdirib
Türkiyə Qara dəniz üzərində pilotsuz uçuş aparatını aşkar edərək zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Departament qeyd edib ki, hərbçilər Qara dəniz üzərində Türkiyənin hava məkanına yaxınlaşan hədəfi aşkarlayıb. Onlar onu NATO-nun təqdim etdiyi F-16 döyüş təyyarəsi ilə nəzarətə götürüblər. Daha sonra obyektin idarədən çıxan pilotsuz təyyarə olduğu müəyyən edilib.
“Hər hansı neqativ nəticələrin qarşısını almaq üçün o, yaşayış məntəqələrindən kənarda təhlükəsiz ərazidə vurulub”, - məlumatda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

