Tuzla gəmiqayırma bölgəsində yanğın olub
İstanbulun Tuzla gəmiqayırma zavodları bölgəsində lövbər salmış və heyvan yemi yüklü "Zein 1" adlı gəmidə yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil, lakin alovun ilk olaraq gəminin yaşayış hissəsindən başladığı bildirilir.
Alovların sürətlə digər hissələrə yayılmasını görən tərsanə işçiləri dərhal rəsmi qurumlara xəbər veriblər.
Tuzla başda olmaqla, ətraf ərazilərdən gələn yanğınsöndürənlər alovun digər gəmilərə keçməsinin qarşısını alıblar.
Məlumata görə, yanğın artıq tam söndürülüb və hadisəylə bağlı müvafiq araşdırmalara başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

