Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-20,
Seanews
Heyder Eliyev

Bir ay əvvəl yanmış gəmidən tullantı sularının boşaldılmasına başlanılıb

Los-Anceles Limanında baş vermiş yanğından təxminən bir ay sonra "ONE Henry Hudson" konteyner gəmisindən tullantı suyunun boşaldılması işlərinə start verilib.

"Seanews.az" xəbər verir ki, bu barədə "Ocean Network Express" (ONE) şirkəti müştərilərini məlumatlandırıb. 

Məlumatda bildirib ki, Los-Anceles Limanındakı "Yusen" Terminalına bir barja gəlib və konteyner gəmisinin anbarından yanğınsöndürmə nəticəsində yaranan tullantı sularının çıxarılmasına başlanıb.

Qeyd olunub ki, suyun boşaldılması prosesi davam etdiyi müddətdə yük əməliyyatları aparıla bilməz.

ONE-un açıqlamasında deyilir: “Gəmi hələ də ABŞ Sahil Mühafizəsinin (USCG) ciddi nəzarəti altındadır. Buna görə də yük əməliyyatlarının bərpası USCG-nin icazəsindən asılıdır.”

Xatırladaq ki,  noyabrın 21-i axşam saatlarında Los-Anceles Limanındakı "Yusen" Konteyner Terminalında dayanmış Panama bayraqlı və "ONE" tərəfindən istismar olunan konteyner gəmisində yanğın baş vermişdi.

Yanğına Los-Anceles Yanğınsöndürmə Xidmətindən təxminən 200 nəfər cəlb olunmuşdu. Hadisə nəticəsində limandakı yeddi konteyner terminalından dördü müvəqqəti olaraq bağlanmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır